Modern.az

Şarl Mişel Rusiyanın BMT TŞ-dakı üzvlüyünü dayandırmağa çağırdı

Şarl Mişel Rusiyanın BMT TŞ-dakı üzvlüyünü dayandırmağa çağırdı

23 Dekabr 2022, 16:54

Avropa Şurasının prezidenti Şarl Mişel hesab edir ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü dayandırmaq üçün mexanizm hazırlamaq lazımdır.

Onun fikrincə, Rusiyanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü beynəlxalq hüququ pozur.

Modern.az xəbər verir ki, Şarl Mişel bu barədə RTVI telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, beynəlxalq hüquqda qüsur var, çünki BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya beynəlxalq hüququ kobud şəkildə pozur”, - o vurğulayıb.

Eyni zamanda, Ş.Mişel Rusiya Federasiyasının tamamilə istisna edilməsini də tələb etmədiyini söyləyib.

Bununla yanaşı, o etiraf edib ki, hələlik Rusiyanın üzvlüyünün dayandırılması mümkün deyil. Mişel hesab edir ki, BMT-nin təhlükəsizlik konsepsiyası artıq köhnəlib və fəaliyyətində çoxlu çətinliklərlə üzləşir. Bundan əlavə, o hesab edir ki, Afrika qitəsi BMT strukturlarında çox az təmsil olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər