Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.
Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, səfər sabah baş tutacaq.
Məlumata görə, Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskva vilayətinə gedəcək. O, burada Qaqarin adına Kosmik Araşdırmalar Mərkəzinə baş çəkəcək, kosmonavtların yetişdirilməsi prosesi ilə tanış olacaq.
Qeyd edək ki, 19 dekabr tarixində Vladimir Putin Belarusa səfər etmişdi.