Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski iki gün əvvəl ABŞ-a səfər edib.
Modern.az bildirir ki, BBC telekanalı Zelenskinin müharibənin başlanmasından sonra ilk xarici səfərinin detallarını açıqlayıb.
Məlumata görə, Zelenskinin Vaşinqtona səfəri Polşaya qatar ilə başlayıb. O, Ukraynadan gizli şəkildə qatarla Polşaya gedib və çərşənbə günü səhər saatlarında sərhəddə yerləşən Przemysl şəhərindəki dəmiryol vağzalına çatıb.
Zelenski Rzeşov hava limanından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-40B" model təyyarə ilə havaya qalxıb. Onun təyyarəsini NATO kəşfiyyat təyyarəsi və F-15 qırıcısı müşayiət edib.
Belə ki, ABŞ-a səfər aylarla müzakirə olunub, lakin son hazırlıqlar sürətlə aparılıb. Bayden və Zelenski bu barədə dekabrın 11-də danışıblar, üç gün sonra isə Zelenskiyə dəvət göndərilib.
Təyyarə şimal-qərbə, Böyük Britaniyaya doğru istiqamət götürüb, lakin Şimal dənizi üzərində hava məkanına girməzdən əvvəl NATO kəşfiyyat təyyarələri ərazini yoxlayıb. Məlumdur ki, Rusiya sualtı qayıqları dənizdə patrul xidməti aparır.
İngiltərədəki bazadan havaya qalxan Amerikanın F-15 qırıcısı Zelenskinin olduğu təyyarənin yaxınlığında müşayiət edib. Havaya qalxdıqdan 10 saat sonra təyyarə Vaşinqton yaxınlığında yerə enib.
Akif İsmayılov