Modern.az

ABŞ Konqresi gələn ilin büdcəsini təsdiqləyib 

ABŞ Konqresi gələn ilin büdcəsini təsdiqləyib 

Dünya

23 Dekabr 2022, 23:45

ABŞ Konqresinin Nümayəndələr Palatası 2023-cü il üçün dövlət büdcəsini təsdiq edib.

 

Modern.az xəbər verir ki, büdcə Palatada yetəri qədər səs toplayıb.

 

Nümayəndələr Palatasının üzvləri 1,7 trilyon dollar dəyərində büdcəyə müsbət səs veriblər. Büdcə layihəsi bundan əvvəl Senat tərəfindən təsdiq olunub.

 

Büdcənin 44,9 milyard dolları Ukraynaya yardım üçün nəzərdə tutulub. Layihənin qüvvəyə minməsi üçün onu prezident imzalamalıdır.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?