Modern.az

ABŞ Ukraynanın artilleriya ehtiyaclarını ödəyə bilmir 

ABŞ Ukraynanın artilleriya ehtiyaclarını ödəyə bilmir 

Dünya

24 Dekabr 2022, 00:34

ABŞ hökuməti etiraf edib ki, Birləşmiş Ştatların Ukraynanın ehtiyaclarını ödəmək üçün artilleriya mərmiləri istehsal etmək gücü yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə "Washington Post" nəşri yazır.

 

Qeyd olunur ki, ABŞ ayda 14 min artilleriya mərmisi istehsal etmək iqtidarındadır, lakin Ukrayna bu sayda mərmini iki gündə istifadə edir.

 

Bildirilir ki, ABŞ artilleriya sursatlarının istehsalını artırmağı planlaşdırır. Qəzetin yazdığına görə, Vaşinqton Avropa ölkələrini öz sənaye imkanlarını artırmağa sövq etməyə çalışır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər