Rusiyanın mnəşhur iş adamı Roman Abramoviç Amerikanın ən böyük marixuana şirkəti olan Curaleaf Holdings Inc-ə onun fəaliyyətinin ilk illərində sərmayə qoyub.
Modern.az-ın məlumatına görə, “Bloomberg” xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Boris Yordan bildirib.
“O, mənə və Andrey Bloxa (Curaleaf-ın əsas səhmdarı) investisiya üçün pul borc verdi. Bütün bu vəsaitlər çoxdan, hətta hərbi əməliyyatlardan əvvəl, 2020-ci ilin və ya 2021-ci ilin sonunda ödənilib. Bildiyimizə görə, Roman Abramoviç hazırda Curaleaf-ın səhmdarları arasında deyil”.
Yordanın sözlərinə görə, rusiyalı iş adamı 2015-ci ildən 2017-ci ilə qədər Palliatech-i (Curaleaf PalliaTech Inc. adı ilə 2018-ci ilin avqust ayına kimi fəaliyyət göstərib) maliyyələşdirib.
Məlumata görə, iş adamının Curaleaf-a sərmayəsi təxminən 225 milyon dollar təşkil edib..