Modern.az

Çində yoluxma sürətlə ARTIR

Çində yoluxma sürətlə ARTIR

Dünya

24 Dekabr 2022, 11:11

Çində koronavirusa yoluxma halları sürətlə artır.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkədə dekabr ayında ümumilikdə təqribən 250 milyon nəfərdə koronavirus aşkarlanıb. 

 

Dekabrın 20-də 37 milyon yeni yoluxma halı aşkar olunub ki, bu da pandemiya ərzində ölkədə sutka ərzində qeydə alınan rekord göstəricidir. Bildirilir ki, ölkədə koronavirusun yeni dalğasının yayılmasına səbəb Çin rəhbərliyi tərəfindən məhdudiyyətlərin tez aradan qaldırılması ola bilər. 

 

Belə ki, dekabrın 7-dən Çində işi yüksək yoluxma riski ilə əlaqəli olmayan şəxslər üçün mütləq PCR-test ləğv olunub. Bununla yanaşı, ölkə daxilində səyahət və yaxud ictimai yerlərə daxil olmaq üçün vaksin pasportu artıq tələb olunmur. Eyni zamanda, koronavirusu simptomsuz və yaxud yüngül keçirənlərə ev şəraitində özünütəcrid rejimində qalmağa icazə verilib.

 

Koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ölkədə COVID-19-la bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib. 

 

Qeyd edək ki, ötən həftə Çində 130 mindən çox yeni yoluxma halı qeydə alınıb, 273 nəfər isə ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər