Modern.az

“Taliban”dan daha bir qadağa - Qadınlar işdən çıxarılır

“Taliban”dan daha bir qadağa - Qadınlar işdən çıxarılır

Dünya

24 Dekabr 2022, 20:46

“Taliban” Əfqanıstanda qadınların milli və beynəlxalq qeyri-hökumət təşkilatlarda (QHT) işləməsini qadağan edib.

 

Modern.az AFP-yə istinadən xəbər verir ki, hakimiyyət "ciddi şikayətlərdən” sonra qadın işçiləri işdən uzaqlaşdırmağı əmr edib.

 

“İqtisadiyyat Nazirliyi bütün təşkilatlara növbəti xəbərdarlığa qədər qadınların işini dayandırmağa göstəriş verib”, - məlumatda deyilir.

 

Qərar ali təhsil nazirinin qadınların universitetlərdə təhsil almasına qadağa qoymasından bir həftə keçməmiş qəbul edilib. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər