Modern.az

Almaniya Ukraynaya hərbi yardım göndərdi

Almaniya Ukraynaya hərbi yardım göndərdi

Dünya

24 Dekabr 2022, 21:30

Almaniya Ukraynaya yeni hərbi yardım göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında bildirilib.

 

Məlumata görə, yeni yardım paketinə "Bergerpanzer 2" zirehli bərpa maşını daxildir. Bu texnikalar "Leopard 1" döyüş tankı əsasında hazırlanıb və döyüşdə zədələnmiş zirehli texnikanı bərpa etmək üçün istifadə edilir.

 

Bundan əlavə, Almaniya 13 sərhəd mühafizə maşını, bir təcili yardım maşını və iki yük maşını tədarük edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər