Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yanacaq daşıyan tanker partlayıb.
Modern.az AFP-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb.
Məlumata görə, Yohannesburqun Boksburq bölgəsində körpünün altında qalan yanacaq tankeri sürtünmə nəticəsində partlayıb və alovlanıb.
Bildirilir ki, hadisə zamanı yanğınsöndürənlər də daxil olmaqla çox sayda insan yaralanıb. Partlayışın gücündən yaxınlıqdakı xəstəxanaya da ziyan dəyib.
Akif İsmayılov