Modern.az

Rusiyada hərbi zavodun direktoru qəflətən ölüb 

Rusiyada hərbi zavodun direktoru qəflətən ölüb 

Dünya

24 Dekabr 2022, 22:16

Rusiyanın hərbi gəmiqayırma zavodunun direktoru qəflətən vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Sankt-Peterburqun qərb limanında yerləşən “Admiralty Shipyards” zavodu Buzakovun ölümünün səbəbini açıqlamayıb.

 

66 yaşlı zavod direktoru 2012-ci ilin avqust ayından bu vəzifədə çalışırdı.

 

Qeyd olunub ki, gəmiqayırma zavodu “Kalibr” qanadlı raketləri buraxa bilən "Kilo" adlı dizel mühərrikli sualtı qayıqlar inşa edir. Zavodda həmçinin suüstü gəmilər və digər dəniz vasitələri istehsal edilir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər