Modern.az

Mirzoyan Lavrovun dediklərini təkzib etdi 

Mirzoyan Lavrovun dediklərini təkzib etdi 

Dünya

24 Dekabr 2022, 23:53

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun açıqlamasından təəccübləndiyini bildirib.

 

Modern.az xəbər verir ki, bunu Mirzoyan "Azadlıq" radiosuna müsahibəsində deyib.

 

Lavrov ötən gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib ki, İrəvan Moskvadakı üçtərəfli görüşdən imtina etmək üçün diplomatik kanallardan istifadə etməyib. Onun sözlərinə görə, erməni tərəfinin istifadə etdiyi məlumatlandırma üsulu suallar yaradır.

 

Mirzoyan isə Lavrova cavabında qeyd edib ki, görüşün ləğv edilməsi barədə məlumat həm Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatına, həm də Rusiyanın Ermənistandakı səfirliyinə ötürülüb. Məlumatı Ermənistan XİN və Ermənistanın Rusiyadakı səfirliyi çatdırıb.

 

Mirzoyan iddia edib ki, erməni tərəfi görüşün təxirə salınmasının səbəbini və zəruriliyini açıq şəkildə göstərib.

 

Qeyd edək ki, Rusiya XİN-nin məlumatına görə, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılırdı. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər