ABŞ-ın Energetika Nazirliyi temperaturun kəskin azalması ilə əlaqədar Texasda fövqəladə vəziyyət elan edib.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agnetliyi məlumat yayıb.
Qərar ekoloji qaydalara məhəl qoymadan elektrik enerjisi istehsalını artırmağa imkan verəcək.
Bildirilir ki, ştatda əlverişsiz hava şəraiti 16,7 min meqavat elektrik enerjisi istehsalının azalmasına səbəb olub. Texasda soyuq hava şəraiti fonunda enerji tələbatı rekord həddə - 74 min meqavata yüksəlib. Məlumata görə, ştatda 12 minə yaxın ev təsərrüfatı işıqsız qalıb.
Akif İsmayılov