Modern.az

Putindən ABŞ-a xəbərdarlıq: Məhv edəcəyik

Putindən ABŞ-a xəbərdarlıq: Məhv edəcəyik

Dünya

25 Dekabr 2022, 14:22

ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya tədarük edəcəyi təqdirdə, bu sistemlər məhv ediləcək.

 

Modern.az TASS-a agentliyinə istinadən xəbər verir ki, bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

 

Rusiya lideri bildirib ki, hazırda belə komplekslər Ukraynada yoxdur.

 

Qeyd edək ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri ərəfəsində Bayden administrasiyası Kiyevə daha 1,85 milyard dollarlıq hərbi yardımın ayrılacağını bəyan edib. Bildirilib ki, yeni hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri də daxildir.

Bu xəbər ilə bağlı
“Patriot” nədir və Ukraynanı xilas edə biləcəkmi... - ANALİZ 
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər