Modern.az

Xersonda ölənlərin sayı artdı - Kiyevdən Qərbə çağırış

Xersonda ölənlərin sayı artdı - Kiyevdən Qərbə çağırış

25 Dekabr 2022, 15:12

Rusiya ordusunun Xersonun mərkəzini bombalaması nəticəsində ölənlərin sayı 16-ya, yaralıların sayı isə 59 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, xəsarət alanlardan 18 nəfərin vəziyyəti ağırdır.

 

Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko Telegram kanalında yazıb ki, Rusiya səhər saatlarında Xersonun mərkəzini bombalamaq üçün “qrad”lardan istifadə edib.

 

Xarici işlər naziri Dmitri Kuleba isə Xersonun Rusiya qoşunları tərəfindən atəşə tutulmasına cavab olaraq Ukraynanın Qərb tərəfdaşlarını və müttəfiqlərini Kiyevi daha fəal dəstəkləməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər