Modern.az

Bu əyalətdə gündə 1 milyon insan koronavirusa yoluxur

Bu əyalətdə gündə 1 milyon insan koronavirusa yoluxur

25 Dekabr 2022, 19:40

Çinin Şanxay bölgəsinin yaxınlığında yerləşən Zhejianq əyalətində hər gün təxminən 1 milyon insan koronavirusa yoluxur.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilib ki, yaxın günlərdə bu rəqəmin iki dəfə artacağı gözlənilir.

 

"Bölgə Yeni il ərəfəsində yüksək yoluxma dövrünə girəcək, bu müddət ərzində gündəlik yeni infeksiyaların sayı 2 milyona çatacaq", - açıqlamada deyilir.

 

Qeyd edək ki, indiyədək Çindən koronavirusa yoluxmalarla bağlı verilən məlumatlar natamam olub, çünki ölkənin Milli Səhiyyə Komissiyası asemptomatik infeksiyalar barədə hesabat verməyi dayandırıb.

 

65,4 milyon əhalisi olan Zhejianq son vaxtlar infeksiyalar, o cümlədən asemptomatik hallarda kəskin artım müşahidə edilən bölgələrdən biridir.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər