Nepalın yeni baş naziri müəyyənləşib.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, Maoçu partizanların keçmiş lideri Puşpa Kamal Dahal Nepal hökumətinə rəhbər seçilib.
Müxalifətdəki marksist-leninist partiyanın dəstəyi ilə bu posta gətirilən Dahal Hindu monarxiyasına qarşı on il davam edən üsyana rəhbərlik edib.
Qeyd edək ki, Nepalda parlament seçkiləri ötən ay keçirilib. Seçkilərdə heç bir partiya mütləq səs çoxluğu qazana bilməyib.
Akif İsmayılov