İspaniyanın şimal-qərbində sərnişin avtobusu çaya aşıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində altı nəfər ölüb, iki nəfər yaralanıb.
Sağ qalan iki nəfər - 63 yaşlı sürücü və bir qadın sərnişin yanğınsöndürənlər tərəfindən kəndirlə çaydan çıxarılaraq xəstəxanalara aparılıb.
Akif İsmayılov