Modern.az

Beynəlxalq QHT-lər Əfqanıstanı tərk edir

Beynəlxalq QHT-lər Əfqanıstanı tərk edir

25 Dekabr 2022, 23:13

Əfqanıstan hökumətinin qadınların QHT-lərdə işləməsini qadağan edən qərarından sonra dörd böyük beynəlxalq qeyri-hökumət təşkilatı (QHT) ölkədəki fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat verib

 

“Save the Children”, Norveç Qaçqınlar Şurası, CARE və Beynəlxalq Yardım Komitəsi Əfqanıstanı tərk edəcəklərini bildiriblər.

 

Onlar QHT-lərin iş yerində qadınsız uşaqlara, qadınlara və kişilərə səmərəli yardım göstərə bilməyəcəklərini açıqlayıblar.

 

Fəaliyyətini dayandırdığını elan edən QHT-lər səhiyyə, təhsil, uşaqların müdafiəsi və qida xidmətləri göstərir, həmçinin sürətlə pisləşən humanitar vəziyyətə dəstək verir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər