Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Sankt-Peterburq şəhərinə gedib.
Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Bildirilib ki, artıq Tokayevin təyyarəsi Sankt-Peterburq şəhərinə eniş edib. O, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının bu şəhərdə keçiriləcək qeyri-rəsmi sammitinə qatılmaq məqsədilə Rusiyaya səfər edib.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.