Gürcüstanda zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Bildirilib ki, təbiət hadisəsi ölkənin qərbində, Oni şəhəri yaxınlığında baş verib. Yeraltı təkan Rixter şkalası ilə 3.6 bal gücündə qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində dağıntı olmayıb. Ölən və ya yaralananlarla bağlı məlumat yoxdur.