Modern.az

Gürcüstan Prezidenti səfirlərlə görüşdən imtina etdi

Gürcüstan Prezidenti səfirlərlə görüşdən imtina etdi

Dünya

26 Dekabr 2022, 17:25

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin xaricdəki səfirlərinin iştirakı ilə keçirilən konfransda iştirakdan imtina edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin təşkil etdiyi tədbirdə protokolun tələbləri kobud şəkildə pozulub və S.Zurabişvili bunu əsas götürərək diplomatlarla bir araya gəlməyib.

 

“Gürcüstan Prezidenti üçün onun statusuna uyğun yer ayırılmaması təəssüfləndiricidir”, - administrasiyadan bildirilib.

 

Qeyd edək ki, bu gün Gürcüstanda “Səfirlərin Konfransı - 2022” tədbirinin açılışı olub. Tədbirdə Baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri İlya Darçiaşvili və parlamentin sədri Şalva Papuaşvili çıxış ediblər. Konfransda Gürcüstanın xarici ölkələrdəki səfirləri iştirak edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər