Modern.az

İŞİD-ə qarşı yeni əməliyyat - Saxlanılanlar var

İŞİD-ə qarşı yeni əməliyyat - Saxlanılanlar var

Dünya

27 Dekabr 2022, 09:22

Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Antep Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, Qaziantep şəhərində keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqədə şübhəli bilinən 14 nəfər saxlanılıb.

 

Belə ki, bu şəxslərin əvvəllər İŞİD-in tərkibində fəaliyyət göstərdiyi, daha sonra terrorçular üçün kəşfiyyat işləri gördükləri və təşkilata yeni insanların cəlb olunmasında iştirak etmələri ehtimal edilir.

 

Terrorçuluqla mübarizə tədbirləri çərçivəsində saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər