Modern.az

ABŞ Putini ölümlə təhdid edir - Nazir

ABŞ Putini ölümlə təhdid edir - Nazir

27 Dekabr 2022, 11:16

ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinin bəzi bəyanatları Rusiya və prezident Vladimir Putin üçün təhdid kimi qiymətləndirilə bilər.

Modern.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazirin sözlərinə görə, Pentaqondan bəzi “adları açıqlanmayan rəsmilər” Kremlə “başkəsmək zərbəsi” vurmaq hədəsi ünvanlayıblar.

“Əslində söhbət Rusiya dövlətinin başçısının fiziki olaraq vəzifəsindən kənarlaşdırılması təhlükəsindən gedir”, - o deyib.

Lavrov xəbərdarlıq edib ki, “əgər bu cür ideyalar həqiqətən də kimlər tərəfindəsə düşünülübsə, onlar bu cür planların mümkün nəticələri barədə çox ciddi düşünməlidir”.

Lavrov konkret kimi nəzərdə tutduğunu açıqlamayıb. Bununla belə, sentyabrın sonunda “Newsweek” jurnalı məqalə dərc edib və onun müəllifləri hərbi mənbələrə istinadən ABŞ-ın Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə mümkün cavab tədbirlərini nəzərdən keçirdiyini bildiriblər. Onlardan biri Kremlə “öldürücü zərbə”ni nəzərdə tutur.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər