Modern.az

Paşinyanın komandası ÇATLAYIB

Paşinyanın komandası ÇATLAYIB

27 Dekabr 2022, 12:06

Ermənistanın hakim “Mülki müqavilə” partiyasında barışmaz ab-hava formalaşıb, təşkilatda bir-birinə kökündən nifrət edən, bir-birinin altını qazan qruplar var.

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistanın bəzi KİV-lərində yazılan xəbərlərdə bildirilib.

Yayılan xəbərlərdə partiyadaxili qruplaşmalara misallar da gətirilib.

Məsələn, baş nazir Nikol Paşinyanla müdafiə naziri Suren Papikyanın münasibətləri gərginləşib və buna görə də onların komanda yoldaşları arasında münasibətlər də idarəolunmaz hala gəlib.


Parlamentin spikeri Alen Simonyanla baş nazirin Aparat rəhbəri Arayik Arutyunyan arasında da münasibətlərin çox gərgin olduğu vurğulanır. Alen Simonyan Arayik Arutyunyanın Ermənistan Respublikasının prezidenti olmaq arzusuna daş atıb, Vaaqn Xaçaturyanın bu vəzifəni tutmasını təklif edib. Alen Simonyanın istəyinə çatması Arayik Arutyunyanın ona düşmən kəsilməsinə səbəb olub.
 

Partiyada bir-birinə dözməyən daha bir neçə kiçik qrupun da olduğu qeyd edilir. Əksəriyyət isə “Mülki müqavilə” partiyasında seçki saxtakarlıqlarını üzə çıxaran Arsen Torosyana dözə bilmir.

Ermənistan KİV-ləri yazırlar ki, keçmiş inqilabçı komandanın üzvlərənin maraq və məqsədləri indi çox fərqlidir, ideoloji birlik yoxdur, ən əsası isə onların müxtəlif gəlirləri var ki, bu da ciddi narazılığa səbəb olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər