Modern.az

ABŞ-dan İrana çağırış: bütün etirazçılar azad olunsun!

ABŞ-dan İrana çağırış: bütün etirazçılar azad olunsun!

27 Dekabr 2022, 12:14

ABŞ İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb.


Modern.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.


“Biz İranda azadlıqlarının dinc şəkildə həyata keçirilməsi üçün həbsdə olan bütün insanların qeyd-şərtsiz azad edilməsinə çağırırıq”, - o, Tvitter-də yazıb.


Prays ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasını xatırladıb. Onun sözlərinə görə, bu, “cəsur İran qadınlarına dəstək məqsədilə” edilib.


"Onların hüquqları uğrunda mübarizə davam edir", - ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib.


Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasına səs verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər