Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti davam edir.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün MDB liderləri Sankt-Peterburqda yerləşən Rus Muzeyində olublar.
Muzeydəki eksponatlarla tanış olan dövlət başçıları daha sonra birgə səhər yeməyi yeyiblər.
Qeyd edək ki, MDB-nin sammiti dünəndən davam edir və bu gün sammitin sonuncu günüdür.