Türkiyənin İstanbul şəhərindən ABŞ-ın San-Fransisko şəhərinə uçan Türk Hava Yollarına (THY) məxsus təyyarə geri qayıdıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, təyyarə Bolqarıstan üzərində olarkən təcili eniş etmək məcburiyyətində qalıb və İstanbula qayıdıb.
Məlumata görə, buna səbəb ABŞ vətəndaşı olan sərnişinlərdən biri, 74 yaşlı kişinin infarkt keçirməsi olub.
Bildirilib ki, o, İstanbula enişdən dərhal sonra xəstəxanaya çatdırılıb. Yaxın vaxtlarda uçuşun yeni reyslə əvəz olunacağı qeyd olunub.