Modern.az

İstanbulda 20 mərtəbəli bina yandı

İstanbulda 20 mərtəbəli bina yandı

Dünya

27 Dekabr 2022, 15:42

Türkiyənin İstanbul şəhərində yanğın baş verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Esenyurt rayonunda baş verib.

 

Belə ki, ərazidəki 20 mərtəbəli binada qəfil yanğın başlayıb. İlkin olaraq 18-ci mərtəbədə yerləşən mənzillərdən birində yanğın olub və digər evlərə yayılıb.

 

Hazırda yanğınsöndürən qüvvələr cəlb edilib və bu istiqamətdə işlər davam etdirilir. Ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.

 

Yanğının səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi