Peruda etiraz aksiyaları zamanı baş vermiş toqquşmalar nəticəsində azı 28 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin İnsan Haqları İdarəsi məlumat yayıb.
Qeyd edək ki, Peruda prezident Pedro Castillanın impiçmentindən sonra etirazlar başlayıb. İğtişaşlar nəticəsində 661 nəfər yaralanıb. Yaralılardan 371 nəfəri mülki şəxs, 290 nəfəri polis əməkdaşıdır.
Akif İsmayılov