Argentinada keçirilən rəy sorğusunun nəticələrinə əsasən, yetkin argentinalıların 43,7 faizi futbol üzrə milli komandanın 35 yaşlı kapitanı Lionel Messini prezident seçməyə hazırdır.
Modern.az MSN-ə istinadən xəbər verir ki, sorğuda 2500 nəfər iştirak edib.
37,8 faiz Messinin namizədliyinə qarşı olduğunu bildirib. 17,5 faiz bunu mümkün hesab edərək belə bir seçimi istisna etməyib. 1 faiz isə cavab verməkdə çətinlik çəkib.
Akif İsmayılov