Modern.az

İsrail Prezidenti türk dilində paylaşım etdi 

İsrail Prezidenti türk dilində paylaşım etdi 

28 Dekabr 2022, 00:46

İsrail Prezidenti İsxaq Hersoq özünün "Twitter" hesabında türk dilində paylaşım edib.

 

Modern.az xəbər verir ki, paylaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail səfirinin etimadnaməsini qəbul etməsi ilə əlaqədardır.

 

“Bu gün səfir İrit Lillian Prezident Rəcəb Tayyib Ərdoğana etimadnamə təqdim edərkən Ankarada, Prezident Sarayında yenidən İsrail himnini eşitmək çox təsir edici idi”, - deyə paylaşımda qeyd olunub.

 

O, Türkiyə səfirinin etimadnaməsini səbirsizliklə gözlədiyini bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər