Modern.az

Yaponiya Çindən gələnləri karantində saxlayacaq

Yaponiya Çindən gələnləri karantində saxlayacaq

28 Dekabr 2022, 09:58

Çindən Yaponiyaya səfər edən insanlara COVID-19-la bağlı məhdudiyyətlər yenidən tətbiq olunacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Kişida Fumio jurnalistlərə açıqlamasında məlumat verib.

 

O bildirib ki, Çində yoluxmaların artması böyük narahatlıq doğurur.

 

Baş nazirin sözlərinə görə, Yaponiyaya gələn Çin vətəndaşları heç bir virus simptomu aşkarlanmasa da, 5 gün karantin rejimində saxlanacaq.

 

Koronavirus testi pozitiv çıxan insanlar isə 7 gün müddətinə karantində qalmalı olacaqlar.

 

Qeyd edək ki, Çində son dövrlərdə koronavirusa yoluxma sayı yenidən yüksəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər