Modern.az

Bu il 70 mindən çox insan İsrailə repatriasiya edib

Bu il 70 mindən çox insan İsrailə repatriasiya edib

28 Dekabr 2022, 10:14

Cari il ərzində İsrailə 70 mindən çox yəhudi repatriasiya edib.

 

Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, repatriasiya edənlərin əksəriyyəti Rusiyadan gəlib.

 

Belə ki, 2022-ci ildə İsrailə köçən yəhudilərin yarısından çoxu - 37 364 nəfəri Rusiyadan repatriasiya edənlərdir.

 

İkinci yerdə isə Ukraynadan gələn yəhudilər qərarlaşıb. Bu ölkədən İsrailə köç edənlər 14 680 nəfər olub.

 

Bildirilib ki, hər iki ölkədən köçənlərin sayının bu qədər çox olmasının səbəbi Rusiya-Ukrayna müharibəsidir.

 

Məlumata görə, həmçinin müxtəlif qərb ölkələrindən repatriasiya edənlər də çoxluq təşkil edir.

 

Qeyd edək ki, II Dünya müharibəsindən sonra İsrail dövlətinin qurulmasından bəri repatriasiya prosesi davam edir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər