Hazırda Rusiyanın “Aeroflot” aviaşirkətinin 357 təyyarəsindən 13-ü beynəlxalq sanksiyalara görə xaricdə həbs edilib.
Modern.az xəbər verir ki, bunu şirkətin baş direktoru Sergey Aleksandrovski RBK-ya müsahibəsində bildirib
“Hazırda “Aeroflot Group”un tərkibində 357 təyyarə var, onlardan 13-ü xarici istehsal olan təyyarələr Rusiyadan kənarda bloklanıb”, - Aleksandrovski bildirib.
Eyni zamanda, o qeyd edib ki, təyyarələrin əksəriyyəti planlı texniki xidmət və ya beynəlxalq uçuşlar zamanı bloklanıb.
Aleksandrovski deyib ki, təyyarələrə xidmət göstərilməsi ilə bağlı beynəlxalq reyslərə məhdudiyyət var - bu, yanacaqdoldurma, yerdə xidmətlə bağlıdır.