Modern.az

Hindistan Çindən gələnlərə məhdudiyyət qoyacaq

Hindistan Çindən gələnlərə məhdudiyyət qoyacaq

Dünya

28 Dekabr 2022, 13:00

Çindən ABŞ və Hindistana səfər edənlərə COVID-19-la bağlı bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Çindən gələnlərə PCR testdən keçmək məcburi olacaq.

 

Bildirilib ki, ABŞ-da səhiyyə işçiləri Çinin koronavirusla bağlı rəsmi statistikasına etibar etmirlər və yoluxmaların artmasından narahatlıq keçirirlər.

 

Hindistanda isə zəruri hallarda Çin vətəndaşlarının karantində saxlanacağı barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, son dövrlərdə Çində COVID-19-a yoluxma halları kəskin şəkildə artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər