Modern.az

Rusiya Ukraynaya şərt irəli sürdü: bunlarsız “sülh planı” ola bilməz

Rusiya Ukraynaya şərt irəli sürdü: bunlarsız “sülh planı” ola bilməz

Dünya

28 Dekabr 2022, 14:36

“Rusiyanın dörd yeni regionunun tanınması Ukrayna üçün “sülh planı”nın əsas komponentidir. Bu maddə olmadan vəziyyəti həll etmək mümkün deyil”.

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Eyni zamanda, Peskov bildirib ki, bu gün prinsipcə münaqişənin həlli üçün yazılı “sülh planı” yoxdur, lakin o tərtib edilərsə, müəlliflər yeni reallıqları nəzərə almalı olacaqlar.

“Ukraynanın belə bir “sülh planı” ola bilməz ki, bugünkü reallıqları - Rusiyaya yeni bölgələrin daxil olmasını nəzərə almasın”, - Kreml sözçüsü deyib.

Xatırladaq ki, Rusiya Ukraynanın dörd regionunu – Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini işğal edəndən sonra onları bu il sentyabrın 30-da öz ərazisinə daxil edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər