Modern.az

Saakaşvili əleyhdarları aksiya keçirdi - "Azadlığa çıxmasın"

Saakaşvili əleyhdarları aksiya keçirdi -

Dünya

28 Dekabr 2022, 16:14

Gürcüstanda sabiq prezident Mixail Saakaşvilinin əleyhdarları aksiya keçirib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, aksiya Gürcüstan prezidenti Salome Zurabişvilinin iqamətgahı qarşısında olub.

 

Etirazçılar prezidentin gəlib onları dinləməsini tələb ediblər. Aksiyaçılar Saakaşvilinin azadlığa buraxılmayacağı ilə bağlı Zurabişvilidən zəmanət istədiklərini açıqlayıblar.

 

Etirazçılar "Saakaşviliyə qarşı sıfır tolerantlıq" şüarı yazılmış plakatlar qaldırıblar. Həmçinin onlar eks-prezidentin müalicə üçün xarici ölkələrə göndərilməsinin də doğru olmadığını bildiriblər.

 

Təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etməyib.

 

Qeyd edək ki, sabiq Gürcüstan prezidenti ötən ilin oktyabrından həbsdədir. Onun səhhətində ağır problemlər yaranıb və o, müalicə müəssisəsinə köçürülüb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər