Modern.az

Medvedev Rusiyadan qaçanları “xalq düşməni” adlandırdı - QALMAQAL

Medvedev Rusiyadan qaçanları “xalq düşməni” adlandırdı - QALMAQAL

28 Dekabr 2022, 17:18

Rəsmi Kreml Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Rusiyanı tərk edənlərlə bağlı fikirlərinə reaksiya verib.


Modern.az xatırladır ki, D.Medvedev bu gün səhər bildirib ki, müharibə ilə əlaqədar ölkəni tərk edən və Ukraynanı dəstəkləryən ruslar “xalq düşməni” kimi tanınmalı, Rusiyadakı gəlir mənbələri kəsilməli və onlar geri qayıda bilməməldirlər.

Dmitri Medvedevin açıqlaması ruslar arsında birmənalı qarşılanmayıb. Xaricdəki ruslar sosial şəbəkələrdə ona etirazlarını bildiriblər.


“Söhbət həm də qanunlarımızı pozanlardan gedir. Və təbii ki, qanunlarımızı pozanlar buna görə cavab verməlidirlər. Bilirsiniz ki, indi ümumilikdə kifayət qədər emosional anlar yaşanır. Dmitri Anatolyeviç də daxil olmaqla, bir çox insan öz vətəndaş mövqeyini nümayiş etdirir”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Teleqram səhifəsində bildirib.
 

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkəni tərk edən və Rusiya şirkətlərində məsafədən işləyən ruslar üçün güzəştlərin ləğvi və vergilərin artırılmasını nəzərdə tutan qanun layihəsinin parlament tərəfindən hazırlandığını elan edib. Dövlət Duması spikerinin sözlərinə görə, başqa dövlətdə yaşamağa üstünlük verən Rusiya vətəndaşları “qaçıblar” – və əksər ruslar onları ölkəyə və ailələrinə satqın hesab edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər