Modern.az

“Siyasi sistem sanksiyaların təzyiqi altındadır” - Volodin

“Siyasi sistem sanksiyaların təzyiqi altındadır” - Volodin

29 Dekabr 2022, 09:58

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin sanksiyaların ölkəsinə təsirini şərh edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, siyasətçi bu barədə "Telegram" kanalında yazıb.

 

O qeyd edib ki, Rusiyanın siyasi sistemi, eləcə də iqtisadiyyatı Qərb sanksiyalarının təzyiqi altındadır.

 

"Buna baxmayaraq, üzümüzə gələn 2023-cü il inkişaf ili olacaq", - deyə Volodinin paylaşımında bildirilib.

 

Spiker onu da əlavə edib ki, Avropa və ABŞ-ın Rusiya ilə bağlı planları pozulub.

 

"100 faizdən çox inflyasiya, 1 dollara 200 rubl - bu planlar pozulub. 2022-ci ildə belə deyirdilər", - Volodin yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər