Modern.az

10 nəfər oteldə yanaraq öldü

10 nəfər oteldə yanaraq öldü

29 Dekabr 2022, 10:04

Cənub-şərqi Asiya ölkəsi olan Kambocada dəhşətli yanğın baş verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Poipet şəhərində olub.

 

Belə ki, şəhərdəki otellərdən birində yanğın hadisəsi qeydə alınıb. Nəticədə oteldə köməksiz vəziyyətdə qalan 10 nəfər yanaraq həyatını itirib. Daha 30 nəfər isə yaralanıb.

 

Əraziyə briqadalar cəlb olunub və yanğın söndürülüb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Hazırda yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalara başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər