Ermənistan prezidenti Vahaqn Xaçatryanın yeni il münasibətilə keçirdiyi rəsmi qəbul qalmaqalla müşayiət olunub.
Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Bildirilib ki, Ermənistan prezidenti müxalifət partiyalarını qəbula dəvət etməyib.
Nə "Hayastan" fraksiyasının, nə də "Şərəfim var" fraksiyasının təmsilçiləri tədbirə çağırılıb. Lakin hakim partiyanın deputatları rəsmi qəbula dəvət edilənlər siyahısında olublar.
Bu, böyük narazılıqlara səbəb olub. Xaçatryanın sələflərinin dövründə nəinki müxalifətin, həmçinin ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin və müxalif mətbuatda çalışan jurnalistlərin də qəbula dəvət edildiyi vurğulanıb.
Vahaqn Xaçatryan isə ünvanına səsləndirilən tənqidlərə münasibət bildirməyib.