Modern.az

Ukraynada həyəcan siqnalı elan edildi 

Ukraynada həyəcan siqnalı elan edildi 

Dünya

29 Dekabr 2022, 10:48

Bu gün ukraynalılar günə həyəcan siqnalı ilə oyanıblar.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, həyəcan siqnalı bütün ölkə ərazisində verilib.

 

Rusiya hərbi qüvvələrinin Ukrayna şəhərlərinə aviazərbələr endirdiyi barədə məlumatlar var.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutkada 30 aviasiya zərbəsi endirildiyini açıqlayıb. Bundan başqa 7 raket hücumu gerçəkləşdirildiyi qeyd olunub.

 

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər