Modern.az

Qırğızıstan və Özbəkistan arasında sərhəd delimitasiyası başa çatdı

Qırğızıstan və Özbəkistan arasında sərhəd delimitasiyası başa çatdı

Dünya

29 Dekabr 2022, 11:32

Qırğızıstan və Özbəkistan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi yekunlaşıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov məlumat verib.

 

O bildirib ki, artıq proses başa çatıb və bütün sərhəd boyunca hansı ərazinin Qırğızıstana, hansı ərazinin Özbəkistana aid oluduğu müəyyən edilib.

 

Qırğızıstan prezidenti rəsmi Daşkəndlə bununla bağlı hər hansı müqavilənin imzalanması barədə detallara toxunmayıb.

 

Qeyd edək ki, əksər postsovet ölkələrində olduğu kimi, Özbəkistan və Qırğızıstan arasında da delimitasiya prosesi ötən əsrin 90-cı illərindən bəri davam edirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər