Modern.az

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 24 nəfər saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 24 nəfər saxlanıldı

Dünya

29 Dekabr 2022, 12:14

Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Ankara şəhərində gerçəkləşdirilib.

 

Əsasən, xarici vətəndaşlara yönələn əməliyyatda İŞİD-lə əlaqədə şübhəli bilinən 24 şəxs saxlanılıb. Bildirilib ki, ümumilikdə 30 nəfərin axtarışı aparılıb, daha 6 nəfərin saxlanılması istiqamətində tədbirlər görülür.

 

Hazırda saxlanılanlarla bağlı araşdırmaların aparıldığı və əməliyyatların davamlı olacağı qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər