Modern.az

Avtomobil tuneli yandı - 6 nəfər öldü, 37 yaralı var

Avtomobil tuneli yandı - 6 nəfər öldü, 37 yaralı var

29 Dekabr 2022, 12:56

Koreya Respublikasında (Cənubi Koreya) böyük yanğın hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin "Yonhap" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, paytaxt Seul şəhəri yaxınlığındakı avtomobil tunelində yol qəzası nəticəsində yanğın başlayıb. Daha sonra yanğın bütün tunelə yayılıb.

 

Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 37 nəfər isə xəsarət alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu qeyd olunub.

 

Əraziyə texnika cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər görülür.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər