Modern.az

Rusiya elə mövqe tutur ki… - Zaxarovadan Bakı və İrəvana MESAJ

Rusiya elə mövqe tutur ki… - Zaxarovadan Bakı və İrəvana MESAJ

Dünya

29 Dekabr 2022, 13:18

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ölkəsinin Azərbaycan və Ermənistan arasındakı vasitəçilik missiyasından danışıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, sözçü bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

 

"Rusiya elə mövqe tutur ki, bu funksiyanı effektiv şəkildə yerinə yetirir. Rusiya ölkələr arasında dialoqun baş tutmasını təmin edir. Moskva İrəvan və Bakı arasındakı münasibətlərin normallaşması üçün fundament rolunu oynayan yüksək səviyyəli üçtərəfli danışıqlar üçün kompleks addımlar atır", - Zaxarova qeyd edib.

 

"Əgər Ermənistan KTMT-nin köməyinə ehtiyac duyursa, Ermənistan tərəfi maraqlı olsaydı, təşkilat monitorinq missiyası göndərməyə hazır olardı", - deyə XİN rəsmisi əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər