Modern.az

Ermənistanda hərbi hissənin ərazilərini satan məmur həbs olundu

Ermənistanda hərbi hissənin ərazilərini satan məmur həbs olundu

Dünya

29 Dekabr 2022, 15:30

Ermənistanda hərbi hissəyə məxsus olan ərazini qanunsuz olaraq satmaqda ittiham olunan məmur həbs olunub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, həmin şəxs Kadastr Komitəsinin əməkdaşı olub. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, onun xüsusi təyinatlı torpaq sahəsini alıcının adına rəsmiləşdirmək hüququ olmayıb.

 

Qeyd olunub ki, Baş Prokurorluq artıq cinayət təhqiqatı başladıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər