Modern.az

Ermənistanda şəhər meri korrupsiyada ittiham olunur

Ermənistanda şəhər meri korrupsiyada ittiham olunur

Dünya

29 Dekabr 2022, 15:38

Ermənistanın Qafan şəhərinin keçmiş meri Aşot Hayrapetyan bir sıra cinayətlərdə ittiham olunur.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

 

O, dələduzluq, saxtakarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılıb.

 

Bildirilib ki, 2012-2018-ci illərdə Qafana başçılıq edən şəxs qanunsuz tikililərin layihələndirilməsinə köməklik edib, torpaqları aşağı qiymətə icarəyə verib.

 

Ermənistan mətbuatında qeyd olunur ki, məlumatda konkret ad çəkilməsə də, həmin illərdə Qafana Aşot Hayrapetyanın başçılıq etdiyi məlumdur.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər