Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan informasiya texnologiyaları sahəsində ölkəsinin uğurlarından danışıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə "1 Milyon Məşğulluq Layihəsi İctimaiyyəti Məlumatlandırma Proqramı" adlı tədbirdəki çıxışı zamanı danışıb.
O bildirib ki, Türkiyədə informasiya texnologiyaları sahəsində böyük işlər görülüb.
"1 milyon proqramçını məşğulluqla təmin edirik. Bu sahəyə olan marağı nəzərə alaraq gələn il təhsildə müvafiq sferadakı yerlərin sayını 2 dəfə artıracağıq. Pulsuz olaraq təqdim olunan və heç bir şərtin tələb edilmədiyi portalda qeydiyyatdan keçərək 216 ayrı istiqamət üzrə 1 800 saatdan çox dərsləri seçmək mümkündür", - deyə Ərdoğan söyləyib.
Türkiyə prezidenti əlavə edib ki, bu sahəyə diqqət təkcə Türkiyədə yox, bütün dünyada artmaqdadır.